"Ronaldo kimi olmaq istəyirəm" - Beyl
09 noyabr 2014 14:22 (UTC +04:00)

"Ronaldo kimi olmaq istəyirəm" - Beyl

"Real" (Madrid) klubunun futbolçusu Qaret Beyl komanda yoldaşı Kriştiano Ronaldo haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, BBC-yə danışan uelsli futbolçu Ronaldo kimi olmaq istədiyini bildirib:

"Hər keçən gün daha da artırıram. Ronaldo səviyyəsində oynamaq istəyirəm. O, hər mövsüm xeyli qol vurur. Heç kəs onun kimi ola bilməz. Ronaldo tamamilə fərqli futbolçudur. Ümid edirəm ki, bir gün mən də onun kimi olacam. Əgər dünyanın ən yaxşısı olmaq arzun yoxdursa, o zaman futbol oynaya bilməzsən".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773
avatar

Oxşar yazılar