"Qarabağ"dan ayrılıb, sabiq klubuna qayıdır
15 iyun 2018 12:50 (UTC +04:00)

"Qarabağ"dan ayrılıb, sabiq klubuna qayıdır

“Qarabağ”la başa çatan müqaviləsini hələ də yeniləməyən Dani Kintana Ağdam klubundan ayrıla bilər. Lent.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, ispaniyalı yarımmüdafiəçinin adı indi də “Yagelloniya” ilə hallanır. İddiaya görə, 30 yaşlı futbolçu sabiq komandasına keçmək üzrədir. Yenidən iddialı heyət qumaq və çempionluq uğrunda mübarizə aparmaq istəyən “Yagelloniya” da hazırda azad agent statusu olan keçmiş futbolçusunu qaytarmaqda maraqlıdır. Polşa klubunda Kintanaya “Legiya”ya gedəcəyi gözlənilən Pşemıslav Frankovskinin əvəzləyicisi kimi baxırlar.


Qeyd edək ki, 2015-ci ildən “Qarabağ”da çıxış edən Kintana 2013-2015 mövsümündə “Yagelloniya”nın formasını geyinib. Bir müddət öncə Daninin İspaniyanın “Las-Palmas” klubuna keçəcəyi ilə bağlı xəbərlər də yayılmışdı.

 

# 382
avatar

Oxşar yazılar