"Qarabağ" uduzdu, "Neftçi" qalib gəldi - CƏDVƏL
14 dekabr 2014 19:15 (UTC +04:00)

"Qarabağ" uduzdu, "Neftçi" qalib gəldi - CƏDVƏL

Bu gün Topaz Premyer Liqasında XVI turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, növbəti matç günündə azarkeşlər 3 qarşılaşma izləyib.

 

Günün ilk oyunu “Bakı” ilə “Xəzər Lənkəran” arasında baş tutub. Türk məşqçilərin duelində qalib müəyyənləşməyib. Oğuz Çətinin komandası I dövrədə 4 cavabsız qol vurduğu rəqibini bu dəfə məğlub edə bilməyib. Görüş 0:0 hesabı ilə başa çatıb.

 

Avroliqa ilə vidalaşan, lider “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olub. Meydan sahibləri Sənan Qurbanovun “sükanı arxasında” debütündə 5 oyundu qələbəsizlik seriyasını qırmağı bacarıb. Hesabda geri düşən qəbələlilər ikinci hissəyə yaxşı başlayıb. Əvvəlcə Bəxtiyar Soltanov komandasının bərabərlik qolunu vurub. 60-cı dəqiqəd Dodo “Qəbələ”yə 3 xal gətirən topu İbrahim Şehiçin qoruduğu qapıdan keçirib – 2:1.

 

Tur “Neftçi” - “Sumqayıt” matçı ilə başa çatıb. Son 3 görüşdü heç-heçə edən paytaxt klubu seriyanı qələbə ilə qırıb. 5 qolun vurulduğu “Bakcell Arena”da “Neftçi” 3:2 hesabı ilə qalib gəlib.

 

Xatırladaq ki, bu tur AZAL istirahət edir.  

 

 

Topaz Premyer Liqası

XVI tur

14 dekabr (bazar)

“Neftçi” – “Sumqayıt” - 3:2

QOLLAR: Ruslan Qurbanov, 51; 73, Araz Abdullayev, 56 - Orxan Əliyev, 34; 63

I dövrədəki oyun – 1:0

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim-inspektor: Gülağa Cabbarov

“Bakcell Arena”

 

NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 11. Nikolas Kanales, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 28. Emin Mehtiyev, 90. Ernest Nfor

Ehtiyat oyunçular: 12. Pavel Doroşev, 3. Denis Silva, 17. Nicat Qurbanov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 95. Elvin Bədəlov

Baş məşqçi: Arif Əsədov

 

SUMQAYIT: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 11. Kiyan Sultanpur, 17. Ramazan Abbasov, 77. Təvəkkül Məmmədov, 86. Fərid Quliyev, 96. Budaq Nəsirov

Baş məşqçi: Aqil Məmmədov

 

 

“Qəbələ” – “Qarabağ” - 2:1

QOLLAR: Bəxtiyar Soltanov, 46, Dodo, 60 - Namiq Ələsgərov, 22

I dövrədəki oyun – 0:2

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Rəhim Həsənov.

AFFA nümayəndəsi: Şaiq Həmidov.

Hakim-inspektor: Asim Xudiyev

Qəbələ şəhər stadionu

QƏBƏLƏ: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 5. Sadiq Quliyev, 8. Markuinyos, 10. Dodo, 15. Ruslan Abışov, 25. Adrian Ropotan, 27. Bəxtiyar Soltanov, 34. Urfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 11. Andrey Kristea, 12. Aleksandru Benqa, 13. Murad Musayev, 16. Ruslan Tağızadə, 21. Yazalde Pinto, 99. Tellur Mütəllimov.

Məşqçi: Sənan Qurbanov

 

QARABAĞ: 13. İbrahim Şehiç, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 24. Admir Teli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 33. Şəhriyar Əliyev

Baş məşqçi: Qurban Qurbanov

 

 

“Bakı” – “Xəzər Lənkəran” - 0:0

I dövrədəki oyun – 0:4

Hakimlər: Vüsal Əliyev, Namiq Hüseynov, Coşqun Həsənov, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı. "Bakı"-nın təlim-məşq bazasının stadionu

BAKI: 1. Aqil Məmmədov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 10. Nurlan Novruzov, 11. Tural Qürbətov, 19. Eltun Hüseynov, 21. Elşad Manafov, 30. Cəmşid Məhərrəmov (k), 56. Qeyrət Əliyev, 85. Jaba

Ehtiyat oyunçular: 26. Davud Əsgərov, 2. Nicat Əsgərov, 4. Ülvi Süleymanov, 17. Elmin Əsgərli, 20. Valeh Seyidov, 37. Mikayıl Rəhimov, 45. Mahir Mədətov

Baş məşqçi: İbrahim Uzunca

 

XƏZƏR LƏNKƏRAN: 19. Vyekoslav Tomiç, 3. Vanderson Skarduelli, 5. Tyeqo, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 10. Elnur Abdullayev (k), 13. Aleksandr Şemonayev, 18. Tural Cəlilov, 55. Ağabala Ramazanov, 63. Alfred Sanko.

Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 17. Kazım Kazımlı, 22. Əfran İsmayılov, 28. Fernando Qabriel, 70. Elşən Rzazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.

Baş məşqçi: Oğuz Çətin

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

14

8

4

2

24-15

28

2

Neftçi

14

7

5

2

18-10

26

3

İnter

14

6

7

1

23-5

25

4

Xəzər Lənkəran

14

5

4

5

19-16

19

5

Simurq

15

5

3

7

20-20

18

6

Qəbələ

14

4

5

5

17-22

17

7

Sumqayıt

14

4

2

8

18-24

14

8

AZAL

13

3

4

6

14-23

13

9

Bakı

14

2

4

8

10-28

10

 

Bombardir: Mikel Alvaro (“İnter”) - 8

# 76
avatar

Oxşar yazılar