<b>"İnter" və "Zirə" mərhələ keçdi - <span style="color:red;">VİDEO </b>
07 iyul 2017 10:30 (UTC +04:00)

"İnter" və "Zirə" mərhələ keçdi - VİDEO

Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycanın bu mərhələdəki hər iki təmsilçisi cavab oyununa çıxıb.

 

Bakı klubları “İnter”lə “Zirə” fərqli məkanlarda, amma eyni saatda raundu keçməyə çalışıblar. Hər iki komanda matça ilk oyunda əldə etdiyi üstünlüklə başlayıb.

 

Tarixində ilk dəfə avrokuboklarda mübarizə aparan “Zirə” debüt ilində mərhələ keçməyi bacarıb. Evdə 2:0 hesablı qələbəyə sevinən Ayxan Abbasovun yetirmələri Lüksemburqda da qalib gəlib - 2:1.

 

İlk hissəni 0:1 hesabı ilə geridə bitirən komanda sonradan vəziyyəti xeyrinə dəyişə bilib. İkinci yarıda Manqa və Qadze "Zirə"yə qələbə qazandıran qolları vurub. 

 

“Differdanj” (Lüksemburq) – “Zirə” (Azərbaycan) - 1:2

Qollar: Vandenbrok, 11 - Manqa, 64, Qadze, 68

 

 

Avrokubok təcrübəsi daha çox olan “İnter”in işi isə nisbətə daha asan olub. Zaur Svanadzenin yetirmələri bir mövsümlük fasilədən sonra qayıtdığı Avropa səhnəsində mərhələni keçə bilib. Serbiyada “Mladost”un avrokubok debütünü korlayan “İnter” rəqib meydanındakı 3:0 hesablı qələbənin təsadüf olmadığını sübut edə bilib. İki cavabsız qolla qələbə qazanan bakılılar ümumi hesabda 5:0 hesablı qələbə ilə ikinci mərhələyə yüksəlib.

 

Komandanın bu mərhələdəki rəqibi Lüksemburq təmsilçisi "Fola" olacaq.

 

“İnter” (Azərbaycan) – “Mladost” (Serbiya) - 2:0

Qollar: Denis Silva, 23, Nizami Hacıyev, 74

Qırmızı vərəqə: Pejoviç, 45+1 ("Mladost")

# 232
avatar

Yalçın UĞUR

Oxşar yazılar