“Rusiya ilə oyunun xüsusi prinsipiallıq daşıması ilə bağlı söylənilən fikirləri çox şişirdilmiş hesab edirəm. Biz ruslara qarşı böyük hörmətlə yanaşırıq. Çox şadıq ki, onlar dünya çempionatının bir addımlığındadırlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Rusiya mətbuatına müsahibə verən Musayev bu gün DÇ-2014-ün seçmə mərhələsində Şimal qonşularımıza qarşı keçirəcəyimiz görüş barədə danışıb. PFL prezidenti bildirib ki, millimizin futbolçuları rəqibi qıcıqlandıracaq açıqlamalarla çıxış etmirlər, sadəcə jurnalistlər məsələni böyüdürlər.
Musayev rusiyalı həmkarımızın “nəyə görə məhz Rusiya ilə oyunda oyunçularınıza rekord məbləğdə - 127 min dollar mükafat vəd olunub” – sualını belə cavablandırıb:
“Bu məlumat mətbuatda yayılıb, biz deməmişik. Belə məbləğdən söhbət getmir. Bizim hər futbolçuya 127 min dollar verəcək qədər pulumuz yoxdur! Lakin qonorar məsələsinə həqiqətən baxılıb. Burda qeyri-adi nə var ki? Bu, dünya praktikasında görünən normal haldır”.
"Futbolçuya 127 min dollar verəcək pulumuz yoxdur" - AÇIQLAMA
914