Qalatasaray” 2014-cü ildə səs-küylü transfer gerçəkləşdirmək istəyir. Türkiyənin “Fotomaç” qəzetinin yaydığı xəbərə görə, klubun prezidenti Ünal Aysalın tapşırı ilə idman direktoru Bülənt Tulun İtaliyaya gedərək “Milan”ın hücumçusu Mario Balotellinin meneceri Mino Raiola ilə görüşüb. Görüşdə “Qalatasaray”ın rəsmi təklifi futbolçuya çatdırılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl İtaliya mətbuatı “Milan”ın prezidenti Silvio Berluskoninin qışda Balotellini transferə çıxarmaq istədiyini yazıb. Lakin sonradan İtaliya klubu bu xəbəri təkzib edib.
Balotellinin meneceri isə Dubayın “The Nation” qəzetinə açıqlamasında təmsil etdiyi şəxsin yanvarda “Milan”dan gedəcəyini deyib.
M.Raiola Balotellinin intizam qaydalarını pozması ilə bağlı məlumatlara toxunaraq bildirib: “Əslində bu, belə deyil. Axı, bu gün bir çox klub onunla maraqlanır”. O, Balotellinin transferi ilə bağlı bir neçə xarici klubla danışıqlar apardıqlarını təsdiqləsə də, konkret ad çəkməyib.
Türkiyə mediasının fikrincə, əgər “Qalatasaray”ın şərtləri Balotellini qane edərsə, artıq bu ay ulduz futbolçu türk klubu ilə müqavilə imzalaya bilər.
qol.az