<span style="color:red;">Bakı-2015:  Güləşçilərimizdən 2 bürünc
18 iyun 2015 19:55 (UTC +04:00)

Bakı-2015: Güləşçilərimizdən 2 bürünc

Azərbaycanın sərbəst güləş üzrə yığmasının üzvü Hacı Əliyev bürünc medal qazanıb.

 

Apasport.az saytının məlumatına görə, Recep Aktaş Minurla (Türkiyə) qarşılaşan həmyerlimiz rəqibinə heç bir şans verməyib (10:2) və Avropa Oyunlarını 3-cü yerdə bitirib.

 

Qeyd edək ki, Avropa və dünya çempionumuz olan H. Əliyev 1/8 finalda Valodiya Franqulyanla münasibətinə aydınlıq gətirib. Hacı Valodiyanı 7:0 hesabı ilə darmadağın edib.

 

H. Əliyev 1/4 finalda Mikola Bolotnyukla (Slovakiya) güləşib. Dünya çempionumuz bu dəfə də xalçadan qalib ayrılıb. O, Bolotnyuku 11:0 hesabı ilə məğlub edib. Həmyerlimiz finala gedən yolda Aleksandr Boqomoyevlə (Rusiya) üz-üzə gəlib. O, təcrübəli rəqib qarşısında ilk xalı qazansa da, qələbəni rəqib bayram edib - 5:2.

Azərbaycanın sərbəst güləş üzrə yığmasının üzvü Ruslan Dibirhacıyev bürünc medal qazanıb.

 

Apasport.az saytının məlumatına görə, idmançımız 6:2 hesabı ilə gürcüstanlı David Tlaşadzeni məğlub edib.

 

Qeyd edək ki,  R. Dibirhacıyev Avropa Oyunlarına 1/8 finaldan qatılıb. 27 yaşlı güləşçimiz bu mərhələdə Maqomedmurad Hacıyevlə (Polşa) döyüşüb. O, hesabda 2:0 hesabı ilə öndə olsa da, 2:7 hesabı ilə uduzub. Hacıyev həlledici mərhələyə vəsiqə qazandığından, Dibirhacıyev təsəlliverici qarşılaşmalara qatılıb. O, öncə bolqarıstanlı Miroslav Kirovla gücünü yoxlayıb. Görüşü 4:1 hesabı ilə xeyrinə bitirən idmançımız növbəti qarşılaşmada Zsombor Qulyasla (Macarıstan) üz-üzə gəlib və bu döyüşü də xeyrinə bitirib - 4:3.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 291

Oxşar yazılar