"Çelsi"nin futbolçuları Mourinyoya etiraz etdilər
30 sentyabr 2015 21:56 (UTC +04:00)

"Çelsi"nin futbolçuları Mourinyoya etiraz etdilər

 “Çelsi”nin futbolçuları baş məşqçiləri Joze Mourinyonun son qərarlarına qarşı çıxıblar.

 

Qol.Az-ın “The Telegraph” qəzetinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis Oskar, Falkao və Remini Çempionlar Liqasında “Portu” ilə oyuna aparmayıb, kapitan Con Terri isə əsas heyətə daxil etməyib.

 

Bu isə oyunçular arasında şok effekti yaradıb. Futbolçuları təəccübləndirən başqa bir fakt isə budur ki, cari mövsümdə uğursuz çıxış etməsinə baxmayaraq, Branislav İvanoviç ilk 11-likdə yer alıb.

 

Qəzet yazıb ki, Oskar və Remi Mourinyonun zamanında “Çelsi”də əsas heyətdə oynamayacaqları ilə artıq barışıblar və digər kluba keçmək haqda düşünürlər.

 

Komandanın bir çox futbolçusu isə hesab edir ki, Mourinyonun bu qərarı yalnışdır və Oskar əsas heyətdə oynamağa layiqdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar