Azərbaycan millisi ötən gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Latviya ilə yoxlama oyununda qüvvəsini sınayıb.
Səfərdə oynayan Qurban Qurbanovun yetirmələri Millətlər Liqasına hazırlıq çərçivəsində son sınağını Riqada gerçəkləşdirib. Bu matça qədər bu il keçirdiyi 5 qarşılaşmada yalnız bir qələbəsi olan komandamız azarkeşlərini sevindirməyi bacarıb.