<b>Ən bahalı futbol klublarının siyahısı açıqlandı</b>
08 iyun 2017 00:23 (UTC +04:00)

Ən bahalı futbol klublarının siyahısı açıqlandı

0

Dünyanın ən bahalı futbol klublarının siyahısı açıqlanıb.

 

 APA-nın məlumatına görə, "Forbes" jurnalının tərtib elədiyi siyahının ilk pilləsində İngiltərənin "Mançester Yunayted" klubu qərarlaşıb.

 

Britaniya klubunun dəyəri 3,689 milyard dollardır, klubun 2015/16-cı il mövsümündə mənfəəti $765 mln. dollar təşkil edib. İkinci yerdə “Barselona” ($3,635 mlrd), üçüncü isə Madridin “Real” klubudur ($3,58 mlrd.). Dördüncü və beşinci yerlərdə “Bavariya” və “Mançester Siti” qərarlaşıb.

 

Qeyd edək ki, ilk iyirmilikdə  2015/16-ci ilin çempionu “Lester” daxil olmaqla,  8 İngiltərə klubunun adı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar