[b]DÇ-2018: Qadın voleybolçularımızdan ardıcıl 4 qələbə[/b]
02 iyun 2017 21:09 (UTC +04:00)

[b]DÇ-2018: Qadın voleybolçularımızdan ardıcıl 4 qələbə[/b]

Qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunları davam edir. Apasport.az saytının məlumatına görə, ardıcıl 3 oyunda “quru hesab”la qələbə qazanan Faiq Qarayevin yetirmələri bu gün baş tutan IV turda İsrail yığması ilə üz-üzə gəlib.

 

Voleybolçularımız bu dəfə də uğurlu seriyanı davam etdiriblər. Ardıcıl 4-cü matçda 4-cü 3 xallıq qələbə komandamızı növbəti mərhələyə daşıyıb. Yığmamız sabah baş tutacaq Hollandiya ilə oyunun nəticəsindən asılı olmayaraq, qrupda qalmayacaq. "Narıncılar"a qalib gələcəyimiz halda birbaşa final mərhələsinə, uduzacağımız halda isə pley-offa yüksələcəyik.

 

Günün ilk matçında Danimarka Norveçlə qarşılaşıb. Görüş ikincilərin qələbəsi ilə başa çatıb. Bu, Norveçin Bakıda ilk qalibiyyəti olub.

 

Turun mərkəzi matçında isə Hollandiya Ukraynanı sınağa çəkəcək.

 

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

IV tur

2 iyun

 

Hollandiya – Ukrayna - 1:0

İsrail – Azərbaycan - 0:3

Danimarka – Norveç - 1:3

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Oxşar yazılar