Britaniyalı boksçu Entoni Coşua IBO, IBF və WBA versiyaları üzrə çempion titullu görüşdə ukraynalı boksçu Vladimir Kliçkonu məğlub edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Coşua Kliçkonu 11 raunda texniki nokautla məğlub edib.
Bu qələbə indiyədək məğlub olmayan Coşuanın karyerasında sayca 19-dur. Kliçko isə 69 görüşdən 5-də məğlub olub.