<b>"Böyük beşlik" necə yarandı? - <span style="color:red;">TARİX </b>
26 oktyabr 2014 11:31 (UTC +04:00)

"Böyük beşlik" necə yarandı? - TARİX

 

Futbolu əbəs yerə "idmanın şahı" adlandırmırlar. Həqiqətən də, ən maraqlı, etiraslı, azarkeş ordusu olan idman növü məhz futbol. Təbii ki, "böyük beşlik" ölkələrinin çempionatlarına maraq daha böyükdür. İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa liqaları dünyanın ən çox izlənilən çempionatlarıdır. Bu yazıda məhz həmin liqaların yaranma tarixçəsindən bəhs edəcəyik...   

126 il əvvəl, 1888-ci ilin aprel ayında dünya futbol tarixi adına çox əhəmiyyətli bir yığıncaq baş tutub. O yığıncaqda İngiltərə Premyer Liqasının qurulması üçün 12 komanda bir araya gəlib. Və 17 aprel 1888-ci ildə dünyanın ilk futbol təşkilatı yaradılıb. Ardından bir çox ölkə İngiltərənin yolu ilə gedib və futbol yarışmasını nizama salmaq üçün milli liqalar qərargaha başlayıb. Beləcə, günümüzün müasir futbolunun təməlləri atılmış olub. 
 

İngiltərə Premyer Liqası

17 aprel 1888-ci il tarixi dünya futbolu üçün ən əhəmiyyətli tarixlərin bəlkə də başında gəlir. Çünki o tarixdə dünyanın ilk futbol liqası İngiltərədə qurulub. Həmin tarixə qədər İngiltərədə nizamsız bir şəkildə oynanan müsabiqələr 12 klub nümayəndələrinin Londonda bir araya gəlməsi ilə liqaya çevrilib. Qurulan liqaya qatılmaq üçün müraciət edən bu komandaların ödəməsi üçün lazım olan ödəniş isə yalnız 2,1 funt-sterlinq olaraq təyin olunub. Dünya idman tarixi üçün çox əhəmiyyətli bir təşkilatında birləşən komandalar bunlar olub: “Akrinqton Stenli”, “Aston Villa”, “Bləkbörn”, “Bolton”, “Börnli”, “Derbi Kaunti", “Everton”, “Notts Kounti”, “Preston”, “Anbara Siti”, “Vest Bromviç”, “Vulverhempton”. Qeyd edək ki, İngiltərədə ilk çempionluq “Preston”a qismət olub.


İspaniya La Liqası

İspaniyada 1927-ci ilə qədər futbol klubları öz aralarında hər hansı bir milli təşkilat olmadan matçlar oynayıblarmış. 1927-ci ildə isə “Arenas Klub da Qetxo”un başçısı Xose María Ança milli liqa qurma fikirini ortaya atır. Ançanın bu fikri 1929-cu ildə reallaşdırılır, 10 komandanın iştirakıyla bugünkü La Liqa yaranıb. Primeronun ilk mövsümü 1929-30-cu il mövsümündə oynanmağa başlayıb. La Liqanın ilk mövsümündə mübarizə edən 10 komanda bunlar olub: “Barselona”, “Real” (Madrid), “Atletik”, “Real Sosyedad”, “Arenas Klub”, “Atletiko”, “Espanyol”, “CD Avropa”, “Real Union”, “Real Santander”.
Bu gün aralarında ən güclü rəqabəti yaşayan iki ispan komandası “Real” və “Barselona”nın bu rəqabəti La Liqanın ilk mövsümünə də damğasını vurmuş və “Barsa” “Real”dan 2 xal artıq toplayaraq, çempion olmuşdu.

 

İtaliya A seriyası

1898-1922-ci illər arasında regional çempionatların təşkil edildiyi İtaliyada, 1929-30-cu il mövsümündən etibarən təşkil edilməyə başlanan liqaya 18 komanda qatılıb. İlk mövsümü “Ambrosiana” (bu günkü  “İnter”) çempion olub. A seriyasında mübarizə aparan ilk komandalar isə bunlar idi: “Ambrosiana” (“İnter”), “Cenoa”, “Yuventus”, “Torino”, “Napoli”, “Roma”, “Bolonya”, “Alessandria”, “Pro Verselli”, “Breşia”, “Milan”, “Modena”, “Pro Patria”, “Livorno”, “Latsio”, “Triestina”, “Padova”, “Kremonese”.

 

Almaniya Bundesliqası

1900-cü ildə Almaniya Futbol Federasiyasının qurulması ilə birlikdə ölkədə müxtəlif adlarda regional turnirlər oynanmağa başlayıb. Almaniya Futbol Federasiyası bu liqaları və müsabiqələri yenidən təşkil edərək 1963-64-cü il mövsümündə Bundesliqa olaraq təşkil edib. Bundesliqanın ilk çempionu “Köln” olub. İlk çempionatın komandaların isə bunlar idi: "Borussiya” (Dortmund), “Ayntraxt” (Braunşveyq), “Ayntraxt” (Frankfurt), “Hamburq”, “Herta”, “Kayzerslautern”, “Karlsrue”, “Köln”, “Meyderiker”, “Münhen-1860”, “Nüremberq”, “Preusen Münster”, “Saarbruken”, “Şalke 04”, “Ştutqart”, “Verder”.

 

Fransa Liqa-1-i

1930-cu ildə Fransa Futbol Federasiyasının qurulma cəhdlərindən əvvəl fransız futbolunda əhəmiyyətli təşkilatlar edilməyib. 1932-ci ildə Futbol Federasiyasının tam olaraq fəaliyyətə keçməsi ilə Fransada peşəkarlığa doğru ilk addım atılmış olub. Dərhal eyni ildə də Fransa Milli Liqası qurularaq iki qrup və sonrasında final etapı ilə birlikdə ilk peşəkar liqa da yarandı. 1932-33-cü il mövsümündə 20 komandanın mübarizə apardığı Fransa Liqasında ilk çempion finalda  “Kan”ı devirən “Lill” olub. Lill şəhərinin komandası daha sonra 1944-cü ildə dağıdılıb. Liqa- 1-in ilk mövsümündə mübarizə aparan komandalar bunlar idi: “Lill”, “Marsel”, “RC Paris”, “Sete”, “Nimes”, “Ekselsior”, “Nitsa”, “Klub Français”, “Hyeres”, “Mulhuse”, “Antibes”, “Kann”, “Soşo”, “Monpelye”, “CA Paris”, “Renn”, “Fayvs”, “Red Star”, “Mets”, “Ales”.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1879
avatar

Tengiz Məmmədov

Oxşar yazılar