<b>"Beşiktaş" çempion oldu</b>
28 may 2017 22:19 (UTC +04:00)

"Beşiktaş" çempion oldu

0

Ötən gün Türkiyə Super Liqasında XXXIII tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə 4 qarşılaşma baş tutub.

 

“Beşiktaş”la çempionluq uğrunda mübarizəni davam etdirən “Başakşəhər” aşağı liqaya düşməsi dəqiqləşən “Adanaspor”u məğlub edib.

 

Bu oyunda hansı nəticənin qeydə alınmasından asılı olmayaraq “Beşiktaş” sona bir tur qalmış çempionluğunu rəsmiləşdirə bilib. Bunun üçün “qartallar” səfərdə “Qaziantepspor” darmadağın edib.  Xallarını 74-ə çatdıran "Beşiktaş" ən yaxın izləyicisi "Başakşehirspor"u 4 xal geridə qoyub.

 

Üçüncülük uğrunda yarışan “Fənərbaxça” və “Trabzonspor” bərabərliyə razılaşıb.

 

“Qalatasaray” isə “Fənərbaxça”nın xal itkisindən istifadə etmək üçün bazar ertəsi günü “Alanyaspor”a qonaq gedəcək.

 

Türkiyə Super Liqası

XXXIII tur

 

27 may

“Kasımpaşa” – “Antalyaspor” – 0:3

“Konyaspor” – “Akhisar” – 0:3

“Başakşəhər” – “Adanaspor” – 2:1


“Fənərbaxça” – “Trabzonspor” – 1:1

 

28 may

“Bursaspor” – “Gənclərbirliyi” - 1:2

“Karabükspor” – “Kayserispor” - 2:2

“Osmanlıspor” – “Rizəspor” - 1:2

“Qaziantepspor” – “Beşiktaş” - 0:4

 

29 may

21:00 “Alanyaspor” – “Qalatasaray”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar