![[b]“Doğma azarkeşlər önündə qızıl medala yiyələnmək istəyirdim” - Nicat Şıxəlizadə[/b]](https://lent.az/storage/news/2019/may/10/big/81d9cca60067caace520ab424c545060.jpg)
[b]“Doğma azarkeşlər önündə qızıl medala yiyələnmək istəyirdim” - Nicat Şıxəlizadə[/b]
“Final görüşünə qələbə qazanmaq üçün çıxmışdım. Bu rəqibi bir neçə dəfə məğlub etmişdim”.
ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının cüdoçusu Nicat Şıxəlizadə deyib.
Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirində gümüş medal qazanan idmançımız yarış barədə fikirlərini açıqlayıb: “Yenə qalib gəlmək, doğma azarkeşlər önündə qızıl medala yiyələnmək istəyirdim. Amma cüzi bir səhv üzündən uduzum. Buna görə üzülürəm. Amma əsas odur ki, finala yüksəldim və medalsız qalmadım. Əsas məqsədimiz eyni zamanda Avropa çempionatı xarakteri daşıyan Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir”.
Qeyd edək ki, 66 kq çəki dərəcəsində çıxış edən N.Şıxəlizadə finalda moldovalı Denis Vieraya uduzub.
Oxşar yazılar

3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46
Britaniyalı Emma Radukanu - Uimbldonun əsas ulduzlarından biridir
30 iyun 2025 , 18:19
Hazırda dünyanın ən yaxşı futbolçusu odur - YENİ SİYAHI
30 iyun 2025 , 15:56
Dünyanın ən çox qazanan 5 futbolçusu: Messi Ronaldodan uzaqdadır
30 iyun 2025 , 13:00
Premyer Liqada YENİLİK: futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr verəcək
30 iyun 2025 , 09:39
24 yaşlı Erlinq Haaland Messi və Ronaldonun rekordlarını üstələdi: nədən söhbət gedir?
29 iyun 2025 , 15:51