«Medical Park Antalyaspor» oyununda 2:1 hesablı qələbədən sonra «Trabzonspor»un baş məşqçisi Mustafa Rəşid Akçay istefa verib.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, mədəsində ağrılar olduğundan o, oyundan sonra keçirilən ənənəvi mətbuat konfransına qatılmayıb. Bununla belə təcrübəli baş məşqçinin istefası komanda daxilindəki problemlərlə əlaqələndirilir.
O, klubun avtobusuna minərkən komanda rəhbərliyi ilə görüşdüyünü və istefa qərarını təqdim etdiyini bildirib.