«Qəbələ» futbol klubunun rusiyalı baş məşqçisi Yuri Syominin Kazanın «Rubin» komandasına keçəcəyi ilə bağlı təklif daxil olmayıb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu bəyanatı Y.Syominin təmsilçisi Dmitri Selyuk verib: «Syominə konkret təklif edilməyib».
Mənbə xatırladıb ki, dekabrın sonunda Tatarıstan klubunda əsaslı yerdəyişmə edilib.
2001-ci ildən komandaya baş məşqçilik edən Qurban Berdıyev istefaya göndərilib, klub prezidentinin müavinliyi ləğv olunub, baş direktor vəzifəsinə Vladimir Leonov təyin edilib.
Rusiya çempionatında «Rubin» 19 oyundan 24 xalla 11-ci yerdədir