«Etiraz aksiyası keçirən idmançı cəzalandırılacaq»
28 yanvar 2014 07:20 (UTC +04:00)

«Etiraz aksiyası keçirən idmançı cəzalandırılacaq»

Beynəlxalq Olimpiya Komitəsi (BOK) idmançılara növbəti dəfə xəbərdarlıq edib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qurum idmançıları Soçi qış oyunları zamanı olimpiya medallarının təqdimatı mərasimində etiraz aksiyasından çəkinməyə çağırıb.

 

BOK-un prezidenti Tomas Bax söz verib ki, əgər idmançılar medal verilən zaman siyasi bəyanatla çıxış edərsə, cəzalandırılacaq.

 

Keçirdiyi mətbuat konfransında o, əlavə edib ki, medalların təqdimetmə mərasimində idmançılara daha çox sərbəstlik verilir.

 

Soçiyə gedəcək bəzi idmançılar Rusiyada insan haqlarının pozulmasını, özəlliklə homoseksuallığın yeniyetmələr arasında təbliğatını yasaqlayan qanunun qəbul edilməsini kəskin tənqid ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786
avatar

Oxşar yazılar