Turində “Krotone” klubunu üç qolla məğlub edən “Yuventus” İtaliya A seriyasında mövsümün bitməsinə 1 tur qalmış çempionluğu rəsmiləşdirib.
APA-nın məlumatına görə, “qoca sinyora” turnir cədvəlindəki ən yaxın izləyicisi “Roma”nı 4 xal qabaqlayıb.
Beləliklə “Yuventus” ardıcıl 6-cı, ümumilikdə isə 33-ci dəfə İtaliya çempionu oldu.