Türkiyənin Antalya bölgəsində təlim-məşq toplantısında olan “Xəzər Lənkəran” futbol komandası ilk yoxlama matçını keçirib. Lent.az-ın məlumatına görə, rəqib yerli “Rizəspor” klubu olub.
Superliqa təmsilçisi ilə qarşılaşma “İC Santai” otelinin futbol meydanında baş tutub. Matç qolsuz bərabərliklə yekunlaşıb – 0:0. Lənkəran klubunun baş məşqçisi Mustafa Dənizli sabiq komandası ilə görüşdə yeni transferlər Orxan Əliyev, Slavik Alxasov və Vyekoslav Tomiçi meydana buraxmayıb.
Qeyd edək ki, oyun “Xəzər Lənkəran”ın rəsmi saytı vasitəsilə canlı yayımlanıb. “Ağ-yaşıllar”ın növbəti yoxlama görüşü yanvarın 18-də Superliqanın daha bir təmsilçisi “Gənclərbirliyi”nə qarşı olacaq.