Topaz Premyer Liqasının autsayderi "Sumqayıt" klubu daha bir futbolçunu heyətinə qatıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ"nin yarımmüdafiəçisi Tərzin Cahangirovla müqavilə imzalanıb.
21 yaşlı oyunçu “Sumqayıt”da icarə əsasında çıxış edəcək. O, yeni klubunda 14 nömrəli formanı geyinəcək. Daha öncə “Sumqayıt” Bakı “İnter”inin hücumçusu Ramil Mansurovu transfer edib.
Qeyd edək ki, əslən sumqayıtlı olan Tərzin Cahangirov futbolda ilk addımlarını da elə “gənclik şəhəri”ndə atıb.