“Simurq”dan FİFA-ya şikayət
03 yanvar 2014 20:23 (UTC +04:00)

“Simurq”dan FİFA-ya şikayət

“Simurq”dan FİFA-ya şikayət

 

Xorvatiyalı futbolçu Tomislav Buşiç “Simurq”dan FİFA-ya şikayət ünvanlayıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, 27 yaşlı futbolçu ötən mövsüm Zaqatala klubunda çıxış etdiyi may ayının maaşını ala bilmədiyi üçün ali futbol qurumuna müraciət etməyi lazım bilib.

Bununla bağlı AFFA-nın hüquqşünası Rəmiş Malıyevlə əlaqə saxladıq. O, AFFA-ya FİFA-dan bu məsələ ilə bağlı məktub gəlmədiyini bildirsə də, bunu belə əsaslandırdı: “Yadımdadır ki, “Simurq”la bağlı bizdə əvvəl iş olub. Ancaq bunun Tomislav Buşiçlə bağlı olub-olmadığı yadımda deyil. Bilirsiniz, belə bir şey ola bilər. Ancaq burda AFFA-lıq bir şey yoxdur. Yəni, bu tərəflər – futbolçu ilə klubu arasında olan bir mübahisəli məqamdır. Məsələn, “Xəzər Lənkəran”la bağlı məsələdə AFFA-ya da məktub gəlirdi. Çünki burda onların xallarının silinməsi məsələsi vardı. Bizdən bunun icra olunması tələb olunduğu üçün “Xəzər Lənkəran”la bağlı işin icraatından bizim də xəbərimiz olurdu”.

Göründüyü kimi, Rəmiş Malıyev bu məsələni nə təsdiqlədi, nə də təkzib etdi. Hər halda, futbolçunun son ayın maaşını almamasını “Simurq”un digər sabiq xorvatiyalı hücumçusu Zdravko Popoviç də saytımıza verdiyi müsahibəsində təsdiqləmişdi (bax:www.apasport.az/news.php?id=85319). Ancaq müqaviləsi başa çataraq komandadan ayrılmış oyunçunun 1 aya görə FİFA-ya müraciət etməsi də bir qədər inandırıcı görünmür. Əgər belədirsə, bunu Buşiçin klub rəhbərliyinin onu komandada saxlamamasına qarşı prinsipiallıq jesti kimi də qiymətləndirmək olar.

Qeyd edək ki, yayda “Simurq”dan ayrıldıqdan sonra Tomislav Buşiç Albaniyanın “Vlazniya” klubuna keçib. Ölkəmizdə cəmi 1 dəfə fərqlənən hücumçu Albaniyada 6 ay ərzində keçirdiyi 12 oyuna 10 qol vurmağı bacarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782
avatar

Oxşar yazılar