Rusiyanın “Rubin” futbol komandasının baş məşqçisi Kurban Berdıyev istefaya göndərilib. Lent.az-ın məlumatına görə, bu barədə Tatarıstan prezidenti Rüstəm Minnixanovun klub rəsmiləri ilə görüşündə qərar qəbul olunub.
O, Berdıyevdən əlavə, klubun baş direktoru Andrey Qromovla vitse-prezident Kamil İshakovu da qovub.
Qeyd edək ki, “Rubin”də Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov da çıxış edir.