İspaniya milli komandasının futbolçusu Xabi Alonso “Real Madrid” klubu ilə müqaviləsini uzadıb. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi 30 iyun 2016-cı ilədək “kral klubu”nda qalacaq.
Yeni anlaşmadan sonra Madrid təmsilçisinin prezidenti Florentino Peres Alonsoya “2016” yazılmış xüsusi saat və futbolka təqdim edib.
Qeyd edək ki, Xabi Alonso “Real Madrid”ə 2009-cu ildə İngiltərə “Liverpul”undan keçib. O, “kral klubu”nun heyətində 204 oyuna 6 qol vurub.