“Qızıl top” Peleyə verilir
13 yanvar 2014 13:33 (UTC +04:00)

“Qızıl top” Peleyə verilir

Futbol üzrə üçqat dünya çempionu Pele “Qızıl top” alacaq. Lent.az-ın məlumatına görə, braziliyalı ulduza mükafat yanvarın 13-də FİFA tərəfindən İsveçrənin Sürix şəhərində təşkil olunacaq təntənəli mərasimdə veriləcək.

 

Pele “L Equipe” nəşrinə müsahibəsində deyib: “Hələ “Qızıl top”un mövcud olmadığı vaxtlarda 3 dünya çempionluğu qazanmışam. FİFA bu mükafatı mənə indi verməyi qərara alıb ”.

 

Əslində “Qızıl top” 1956-cı ildən verilməyə başlayıb. Məhz Pele dünya çempionluqlarını bu tarixdən sonra qazanmağa başlayıb. O, 1958, 1962 və 1970-ci il mundiallarının qalibi olub. Lakin həmin illərdə bu mükafata Avropada çıxış edən futbolçular namizəd ola bilərdilər. Pele isə karyerasının böyük hissəsini Braziliya “Santos”unda və ABŞ-ın “Nyu York Kosmos” klubunda keçirib. Çox güman ki, Pele “Qızıl top”u futboldakı xidmətləri qarşılığında alacaq. Onu FİFA prezidenti Yozef Blatter təltif edəcək. Belə mükafat 2012-ci ildə Frans Bekkenbauerə də təqdim olunub. 

 

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimetmə mərasimi Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. 2013-cü ilin ən yaxşı futbolçusu adına fransalı Frank Riberi, portuqaliyalı Kriştianu Ronaldu və argentinalı Lionel Messi namizəddir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1150
avatar

Oxşar yazılar