“Qəbələ”dən daha bir transfer - FOTO
13 yanvar 2014 15:26 (UTC +04:00)

“Qəbələ”dən daha bir transfer - FOTO

“Qəbələ” klubu heyətinə daha bir futbolçu cəlb edib. Lent.az-ın məlumatına görə, əyalət komandası bu dəfə qapı xəttini gücləndirib.

 

Bu, 2010-2011 və 2012-2013-cü il mövsümlərində də “Qəbələ”də olan, cari mövsümün ilk yarısını isə "Sumqayıt"da keçirən Anar Nəzirovdur. Azərbaycan yığmasının üzvü ilə 1 illik müqavilə imzalanıb.

 

Hazırda "qırmızı-qaralar"ın Türkiyənin Antalya bölgəsində keçirdiyi toplanışda olan Nəzirov köhnə-yeni komandası və məşq prosesi barədə fikirlərini açıqlayıb. O, yenidən "Qəbələ"nin sıralarına döndüyü üçün sevincini gizlətməyib: “Doğma kluba qayıtdığıma görə şadam. Açığı, dönüşüm gözlənilməz oldu. Çalışacağam ki, komandama yararlı olum, mənə bəslənən ümidləri doğruldum. "Qəbələ" rəhbərliyinin, azarkeşlərimizin bu mövsüm üçün yüksək hədəfləri var, kollektivdən uğur gözləyirlər. Digər komanda yoldaşlarım kimi gücümü ortaya qoyub uğur qazanmaq üçün səy göstərəcəyəm. Artıq "Qəbələ"nin düşərgəsində məşqlərə başlamışam. İnanıram ki, ikinci yarının startına kimi istənilən səviyyədə olacağam”.

 

Qeyd edək ki, Anar Nəzirov 8 sentyabr 1985-ci ildə anadan olub. O, karyerası ərzində “Gəncə” (2005-2006), “Turan” (2007-2008), “Neftçi” (2008-2009), “Standard” (2009-2010), “Qəbələ” (2010-2011), “Turan” (2011-2012), "Qəbələ" (2012-2013), "Sumqayıt" (2013) klublarının formasını geyinib. Boyu: 1,79 m, çəkisi 71 kq-dır. “Qəbələ” daha öncə Ruslan Tağızadə və Rafael Santosu da rənglərinə bağlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 764
avatar

Oxşar yazılar