“Qarabağ”ı kuboka daşıyan “25-lik”
06 may 2017 12:12 (UTC +04:00)

“Qarabağ”ı kuboka daşıyan “25-lik”

Azərbaycan kubokunu qazanan “Qarabağ” mükafatı 25 futbolçu ilə əldə edib. Apasport.az saytının məlumatına görə, cari mövsüm 6 oyun keçirməklə yarışın ən yaxşısı olan Ağdam təmsilçisi bu matçlarda 25 üzvünə güvənib.

 

Düzdü, bu oyunçuların bəziləri mövsümün ikinci yarısında komandaya kömək edib. Bəziləri isə “Qarabağ”ı yarımfinala daşıdıqdan sonra, qış fasiləsində klubdan ayrılıb. Lakin kubokun qazanılmasında xidməti olanların ümumi sayı 25-di.

 

Onlardan yalnız ikisi – Coşqun Diniyevlə Əfran İsmayılov bütün görüşlərdə iştirak edib. 6 futbolçu isə hərəyə 5 görüş keçirib.

 

Maraqlıdı ki, əsas komandanın bəzi aparıcı üzvləri kubokda çox az sayda oyun keçiriblər. Bu da onunla bağlıdı ki, əyalət klubu əksər matçlarda rəqib zəif olduğundan bəzi üzvlərinə istirahət verib.

 

Komandanın kapitanı Rəşad Sadıqov yalnız finalda meydana çıxıb. Mövsüm ərzində bir neçə dəfə zədədən əziyyət çəkən müdafiəçi həlledici matçı da xəsarət üzündən erkən başa vurub. Komandanın əsas qapıçısı İbrahim Şehiç də 6 oyundan yalnız ikisində forma geyinib. Zədəli Dani Kintana və yarımmüdafiənin lideri Riçard Almeyda da cəmi 2 kubok görüşündə çıxış edib. Bədavi Hüseynov isə oyunların yarısında meydana çıxıb.

 

futbolçu

oyun

dəq

qol

sarı

qırmızı

Coşqun Diniyev

6

362

2

0

0

Əfran İsmayılov

6

301

0

0

0

Maksim Medvedev

5

450

0

0

0

Markus Madera Migel

5

384

1

0

0

Qara Qarayev

5

378

0

0

0

Rahid Əmirquliyev

5

337

1

0

0

Muarem Muarem

5

312

1

0

0

Mahir Mədətov

5

309

3

1

0

Elvin Yunuszadə

4

360

0

0

0

Şahruddin Məhəmmədəliyev

4

360

0

1

0

Arif Daşdəmirov

4

347

0

0

0

Dino Ndlovu

4

239

4

0

0

Ansi Aqolli

3

270

0

0

0

İlqar Qurbanov

3

270

0

0

0

Bədavi Hüseynov

3

243

0

0

0

Ağabala Ramazanov

3

189

0

0

0

Namiq Ələsgərov

3

189

4

0

0

İbrahim Sehiç

2

180

0

0

0

Riçard Almeyda

2

175

1

0

0

Dani Kintana

2

135

1

0

0

Rəşad Sadıqov

1

54

0

0

0

Vüqar Nadirov

1

45

1

0

0

Elgün Uluxanov

1

27

0

0

0

Elşən Abdullayev

1

21

0

1

0

İbrahim Aslanlı

1

13

0

0

0

Avtoqol: Ürfan Abbasov (Qəbələ)

Baş məşqçi: Qurban Qurbanov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214

Oxşar yazılar