
“Qarabağ”dan qələbə gözləyirəm” - Musa Qurbanov
“Zaqatala” klubunun prezidenti, keçmiş futbolçu Musa Qurbanovun apasport.az saytına müsahibəsi
- “Qarabağ”ın Madrid səfərində iştirak edirsiz. Söhbətə isə “Atletiko” ilə Bakıdakı oyundan başlayaq. “Qarabağ”ın həmin görüşdən xalla ayrılacağını gözləyirdizmi?
- Mən “Qarabağ”dan həmişə yaxşı oyun gözləyirəm. Bəzən nəticə olmaya bilər. Amma “Qarabağ”da oyun baxımdan heç vaxt problem olmayıb. Komandanın öz oyun üslubu var. Buna görə də, həmişə öz futbolunu sərgiləməyə çalışır. Belə turnirlərdə təcrübəsizlik, bəzi futbolçuların istənilən səviyyədə oynamaması rol oynayır. Bu zaman fərqli nəticə olur. Bununla belə, komanda həmişə oyun üslubunu qoruyub saxlayır. Mən də bunu nəzərə alıb, “Qarabağ”ın yaxşı nəticəyə imza atmasını istəyirəm.
- Bəziləri “Qarabağ”ın “Atletiko”ya böyük hesabla uduzacağını düşünürdü. Bəs sizdə belə bir qorxu var idi?
- Düzdü, “Çelsi” ilə matçda böyükhesablı məğlubiyyət qeydə alındı. Amma mən həmin hesabı oyuna görə saymıram. Sadəcə, bəzi futbolçuların fərdi səhvlərinə görə elə alındı. “Qarabağ” həmin məğlubiyyətə layiq deyildi. Komanda “Roma” ilə matçın 15-20 dəqiqəsində də özünə bənzəmədi. Sanki Çempionlar Liqasının aurasına öyrəşmirdi, həyəcanlı idi. Amma sonra layiqli oyun göstərdilər. “Atletiko” ilə Bakıdakı görüşdə də yaxşı çıxış etdilər.
- Madriddəki qarşılaşmada hansı nəticəyə ümid edirsiz?
- “Qarabağ”ın qrupdakı 4-cü matçıdı. Komanda bir az təcrübə toplayıb. Ancaq heyətdə bir neçə itkinin olması adamı qayğılandırır. Xüsusilə, Bədavi Hüseynovun yoxluğunu qeyd etmək istərdim. Müdafiədə ən sürətli, çevik oyunçumuzdu və ona həmişə böyük ehtiyac var. Bunun komandaya nə dərəcədə təsir göstərəcəyi matçda bilinəcək. Həmin mövqedə oynaya biləcək Rəşad Sadıqov, Yakub Jezniçak və Elvin Yunuszadə kimi futbolçular var. İnşallah, yaxşı olar.
- “Atletiko”, xüsusən, öz meydanında rəqibə yüksək pressinq tətbiq edir. Yəqin razılaşarsız ki, “Qarabağ” üçün ilk yarım saat daha çətin keçəcək...
- Bütün 90 dəqiqə çətin olacaq. “Atletiko” son 5-6 ildə Avropanın ən aqressiv komandasıdı. Çox pressinq tətbiq edirlər. Rəqib “Qarabağ”ın hansı sistemlə oynadığını, topla necə davrandığını da bilir. Çalışacaqlar ki, yenə aqressiv oynasınlar. Görüşdən üzüağ çıxarıq.
- “Qarabağ” qrupa düşməklə tarix yazdı. Daha sonra bu mərhələdə ilk qol vuruldu, ardınca ilk xal qazanıldı. Qarşıdakı 3 oyunda ilk qələbəni də gözləyirsizmi?
- “Çelsi” ilə Bakıdakı oyunda “Qarabağ”dan qələbə gözləyirəm.
- Belə bir fikir formalaşıb ki, hazırkı “Qarabağ” Avropa Liqasının qrup mərhələsində oynasaydı, növbəti mərhələyə adlayardı...
- Avropa Liqası səviyyə baxımından Çempionlar Liqasından çox fərqlənir. Düzdü, orda da güclü komandalar var. Ancaq bu cür ciddi yanaşma orda olmur. Əslində, “Qarabağ” ilk ildəcə Avroliqanın qrupundan növbəti mərhələyə adlamağı haqq etmişdi. Amma məlum hakim haqsızlığı buna mane oldu. Yəqin ki, bu il də Avroliqada qrupdan çıxmaq olardı. Lakin yaxşı olar ki, belə şey düşünməyək. Çünki ən yaxşısı Çempionlar Liqasıdı.
Oxşar yazılar

“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31