“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi ilk oyunun başlanma vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin Monteneqro çempionu “Rudar”la iyulun 15-də keçirəcəyi qarşılaşma saat 21:30-da başlayacaq.
Qurban Qurbanovun yetirmələrinin ev oyununun 21:00-da başlayacağı gözlənilsə də, UEFA-nn rəsmi saytı görüşün 21:30-da start götürəcəyini açıqlayıb. Bu matç Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.