“Milan” yeni baş məşqçisini rəsmən açıqladı
16 yanvar 2014 16:56 (UTC +04:00)

“Milan” yeni baş məşqçisini rəsmən açıqladı

İtaliyanın “Milan” futbol komandasına yeni baş məşqçi təyin olunub. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, Klarens Zeeforfdur.

 

Hollandiyalı mütəxəssislə müqavilə müddəti rəsmən açıqlanmayıb. Amma İtaliya mətbuatı anlaşmanın 2,5 il müddətinə nəzərdə tutulduğunu yazıb. 37 yaşlı Zeedorf baş məşqçi postunda yanvarın 13-də istefaya göndərilmiş Massimiliano Alleqrini əvəzləyib. Onun debütü yanvarın 19-da “Verona” ilə A seriyası matçına təsadüf edəcək.

 

Gənc mütəxəssis futbolçu kimi 2002 – 2012-ci illərdə “Milan”ın şərəfini qoruyub. O, “rossonyerlər”lə İtaliya çempionluğu və 2 dəfə Çempionlar Liqasını qazanıb. Zeedorf Hollandiya “Ayaks”ı və İspaniya “Real Madrid”i ilə də qitə klubları arasında ən güclü olub. İtaliya “Sampdoriya”sı və Braziliya “Botafoqo”sunda da çıxış etmiş sabiq futbolçu Hollandiya millisində 87 oyuna 11 qol vurub.

 

Qeyd edək ki, “Milan” İtaliya A seriyasında 19 turdan sonra 22 xalla 11-ci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864
avatar

Oxşar yazılar