
“Mançester Yunayted”dən Mourinyoya dəstək
“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Joze Mourinyonun yayda verəcəyi radikal qərarları dəstəkləyir. Apasport.az saytının “Telegraph”a istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis hətta Pol Poqbanın komandadan ayrılmasını istəsə belə, klub buna qarşı çıxmayacaq.
Baş məşqçi ilə Poqbanın münasibətləri qaydasında deyil. Yarımmüdafiəçinin “Vest Bromviç”lə matçda ortaya qoyduğu oyun çalışdırıcını daha da qəzəbləndirib.
Rəhbərlik Mourinyonun başçılığı altında komandanın irəlilədiyi qənaətindədi. Bununla yanaşı, portuqaliyalının müdafiə futbolu oynatması da onlar üçün problem yaratmır. Yetər ki, növbəti mövsüm uğur qazanılsın. Əks təqdirdə, 2018-19 mövsümü Mourinyo üçün sonuncu ola bilər.
Oxşar yazılar

"Bavariya" Almaniya Superkubokunu qazandı
17 avqust 2025 , 01:27
"Barselona" səfərdə qalib gəldi
17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı
16 avqust 2025 , 22:36
“Mançester Siti” PSJ-nin qapıçısını aldı
16 avqust 2025 , 20:00
"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi
16 avqust 2025 , 16:40
Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü, oyun dayandı
16 avqust 2025 , 13:56
Messi yenidən meydana qayıtdı
16 avqust 2025 , 09:42