Fransanın “Lans” klubunun düşərgəsinə yollanan “Bakı”nın futbolçuları Ülvi Süleymanov və Valeh Seyidov məşqlərə qatılıblar. Lent.az-ın “Lans”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Süleymanovla hücumçu Seyidov qeyri-müəyyən müddətədək təlim keçəcəklər.
Onlar klubun 19 yaşadək komandasının məşqçisi Paskal Plankın rəhbərliyi altında çalışacaqlar. Hər iki oyunçunun komandanın qarşıdakı günlərdə keçirəcəyi yoxlama görüşlərində də meydana çıxması gözlənilir.