“İqtisadçı”nın voleybolçusu: "Uşaq istəyirəm"  - MÜSAHİBƏ
24 yanvar 2014 23:43 (UTC +04:00)

“İqtisadçı”nın voleybolçusu: "Uşaq istəyirəm" - MÜSAHİBƏ

“İqtisadçı” klubunun voleybolçusu Manon Flier Hollandiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Hollandiya yığmasının 30 yaşlı kapitanı Azərbaycandakı yaşayış tərzindən və şəxsi həyatından danışıb.

 

- Uzun müddətdir Azərbaycandasız. Bu ölkənin adamlarına və yeməyinə uyğunlaşa bilmisizmi?

 

- Getdiyim hər ölkədə insanları tanımaq, yerli mədəniyyətlə tanış olmaq xoşuma gəlir. Xüsusilə, yeməkləri dadmaqda maraqlıyam. Bakıda da belə oldu. Bir çox yerli yeməklərin dadına baxdım. Onlardan bəziləri xoşuma gəldi, bəziləri yox. İnsanlara gəlincə, azərbaycanlılar çox mehribandırlar. Bəzən onları yaxından tanımaq üçün isə xeyli vaxt sərf etməli olursan.

 

- Azərbaycandan öncə oynadığınız Yaponiyanı necə xatırlayırsız?

 

- Yaponiyada oynamaq həqiqətən böyük bir təcrübə idi. Orada azarkeşlər də çox çılğındırlar. Çıxış etdiyim “Toray Arrous”da cəmlənən insanlar inanılmaz dərəcədə gözəl xasiyyətə malik idilər. Mən indiyədək onları xatırlayıram. Bu ölkə haqda yalnız xoş xatirələrim qalıb. Lakin digər tərəfdən Yaponiyada özünü tənha hiss edirsən.

 

- İndiyədək Yaponiya və Azərbaycanla yanaşı, İtaliyada da legioner həyatı yaşamısız. Seçməli olsaydız, bu ölkələrdən hansında qalmaq istəyərdiz?

 

- Bunu bilmirəm. Mənə hansı ölkədən dəvət gəlirsə, ora da gedirəm. Düzdür, üstünlük verdiyim ölkələr var. Lakin onların adlarını açıqlamaq istəmirəm.

 

- Sevgiliniz Reynder Nummerdor Bakıda da sizinlədir?

 

- O, mövsümün əvvəlində mənimlə birgə Azərbaycana gəlib. Lakin Reynder бир aydan sonra Hollandiyaya qayıdacaq. Geri dönməsinin səbəbi çimərlik mövsümündə yeni mövsümün başlaması ilə bağlıdır.

 

- Artıq 30 yaşınız var. Hələ ana olmaq niyyətində deyilsiz?

 

- Mən də, Reyndal da uşaq istəyirik. Kim bilir, gələcəkdə nə olacaq...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864
avatar

Oxşar yazılar