Futbol üzrə Rusiya milli komandasının kapitanı Roman Şirokov Azərbaycan yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçının sonlarında qol buraxmalarından narazı qalıb. Lent. az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi komanda yoldaşlarının hamısının cərimə meydançası daxilində olduğu halda, zərbə endirən Vaqif Cavadovla bacara bilməməsindən şikayətlənib.
Şirokov deyib: “Ən pisi odur ki, son zamanlar belə hallara daha çox diqqət yetirmişik. Bu, biabırçılıqdır. Son 4 oyunda 3-cü dəfə belə topları buraxmaq sadəcə, yolverilməzdir. Bunu gələcəkdə araşdırmaq lazımdır”.
Qeyd edək ki, Azərbaycan millisi ilə görüşdə hesabı 16-cı dəqiqədə məhz Roman Şirokov açıb. Lakin 90-cı dəqiqədə Vaqif Cavadov Rusiya yığmasının cərimə meydançasına Mahir Şükürovun ötürdüyü topu başla qola çevirib.