“Beşiktaş”ın transfer hədəfində olan məşhur braziliyalı futbolçu Ronaldinyo klubu "Atletiko Mineyro" ilə müqaviləni yeniləyib. Apasport.az saytının məlumatına görə, bu barədə klub prezidenti Alexsandre Kalil “Tvitter”dəki şəxsi hesabından açıqlama verib.
Bu sözləşmənin detalları ilə bağlı hələlik heç bir məlumat verilməyib.
Qeyd edək ki, İstanbul klubu cari mövsümün əvvəlindən braziliyalı ulduzu heyətinə qatmaq üçün çalışır. Son olaraq Ronaldinyonun qardaşı və meneceri olan Roberto de Assis yaxın günlərdə İstanbula gələrək klub rəsmiləri ilə danışıqlar aparıb.