“Barselona”nın yarımmüdafiəçisi Denis Suares karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytı “Don Balon” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “Roma”nın maraq dairəsinə düşüb.
Paytaxt klubu Suaresi yayda icarəyə götürmək niyyətindədi.
Qarşı tərəflə danışıqlara artıq start verilib. Hələ ki, “Barselona” rəhbərliyi bu təklifə cavab verməyib.
Qeyd edək ki, Denis Suares “Barselona”ya ötən il “Vilyarreal”dan transfer olunub.