“Bakı” klubundan göndəriləcək futbolçuların adlarına yanvarın 9-da aydınlıq gələcək. Bu barədə Lent.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.
Onun sözlərinə görə, komandanın baş məşqçisi Milinko Pantiç vətəni İspaniyadan döndükdən sonra həmin oyunçuların siyahısını rəhbərliyə təqdim edəcək. Yanvarın 11-də isə “Bakı” İspaniyanın Marbelya şəhərinə təlim-məşq toplantısına yollanacaq.
Hazırda “zolaqlılar”ı tərk edəcək futbolçularla bağlı müxtəlif adlar çəkilir. Lakin Seyidov hələ heç kimin göndərilmədiyini və bu məsələnin yalnız baş məşqçinin səlahiyyətində olduğunu açıqlayıb.