İspaniyanın Marbelya şəhərində təlim-məşq toplantısında olan “Bakı” futbol komandası ilk yoxlama matçını keçirib. Lent.az-ın məlumatına görə, Azərbaycan klubu Albaniya Superliqasında çıxış edən “Laçi” ilə qarşılaşıb.
Görüş təmsilçimizin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0. Hesabı 33-cü dəqiqədə Lukas Mario Horvat açıb. 51-ci dəqiqədə Xavyer Junior, 56-cı dəqiqədə Mario Alvarez, 70-ci dəqiqədə isə penaltidən Aleksandr Şoliç fərqlənib.
Qeyd edək ki, “Laçi” Albaniya çempionatında 2013-2014-cü il mövsümünün ilk yarısını 3-cü pillədə başa vurub. Bu komanda 16 oyuna 25 xal yığıb. “Bakı” isə Topaz Premyer Liqasında ilk 2 dövrəni 5-ci pillədə tamamlayıb. Komandamız 18 matçda 27 xal toplayıb.