“Azərbaycan millisini yenə müdafiə olunmağa məcbur edəcəyik”
14 oktyabr 2013 21:25 (UTC +04:00)

“Azərbaycan millisini yenə müdafiə olunmağa məcbur edəcəyik”

Rusiya milli komandası Azərbaycan yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçını keçirəcəyi “Bakcell Arena”nın ot örtüyünün durumundan razı qalmayıb. Lent.az-ın məlumatına görə, bu barədə qonaq komandanın kapitanı Roman Şirokov junalistlərə açıqlama verib.

O, mətbuat konfransında bildirib ki, qazonun vəziyyəti komandasının oyununa təsir edəcək: “Amma başqa qazon olmadığından, məcburən burada oynamalıyıq”.

Komandanın açıq məşqində arenanın aqronomu ilə baş məşqçi Fabio Kapello arasında kiçik dialoq olub. Kapellonun sözlərinə görə, aqronom meydanın hansı tərəfində məşq etmək istədiklərini soruşub. Sonra isə qapıçı meydançası içərisində imkan daxilində məşq etməmək xahişində bulunub.

Təcrübəli mütəxəssis bildirib ki, oyunun 32 minədək tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunda yox, 11 min nəfərlik “Bakcell Arena”da oynamağa dair qərarı AFFA verib. İtaliyalı mütəxəssis bu seçimi qəbul etməli olduqlarını söyləyib.

Daha bir narazılıq isə millimizin ötən il oktyabrın 16-da Moskvada keçirdiyi ilk görüşdə müdafiə taktikalı oyunu ilə bağlı olub. Şirokov bu dəfə də komandamızı müdafiə olunmaq məcburiyyətində qoyacaqlarını açıqlayıb. O, Rusiya millisinin həlledici oyunlarda uduzmasına dair suala isə “Bu dəfə isə qalib gələrək, final mərhələsinə yüksəlmək istəyirik” deyə cavablandırıb.

Qeyd edək ki, oktyabrın 15-də “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Rusiya matçı saat 22:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042
avatar

Oxşar yazılar