İspaniya “Atletiko”su Ukrayna “Metallist”inin futbolçusu Xose Sosa ilə müqavilə bağlayıb. Lent.az-ın Madrid klubunun rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək icarəyə götürülüb.
İspaniya mətbuatı argentinalı oyunçunun Arda Turanın mövqeyinə alındığını yazıb. Türkiyəli həmkarlarım isə türkiyəli yarımmüdafiəçinin gələn mövsüm “Qalatasaray”a qayıdacağını iddia edirlər. “Sabah” qəzeti yazır ki, “sarı-qırmızılar”ın prezidenti Ünal Aysal yaxın vaxtlarda “Atletiko”dakı həmkarı Enrike Serezo ilə görüşərək, bu məsələni həll edəcək. 27 yaşlı futbolçu da yaxınlarda verdiyi açıqlamada “Qalatasaray”a bağlı olduğunu, hətta keçmiş klubunun Çempionlar Liqasındakı oyunlarından öncə evdə totem bildirib. Ardanın Madrid klubu ilə 2017-ci ilədək müqaviləsi olsa da, “Cim-Bom” rəsmiləri növbəti mövsümdən legioner limitinin daha da sərtləşdiriləcəyindən dolayı türkiyəli oyunçunu istənilən məbləğə qaytarmaqda maraqlıdır.
Qeyd edək ki, Xose Sosa 2011-ci ildə “Metallist”ə keçənədək Argentinanın “Estudiantes”, Almaniyanın “Bavariya” və İtaliyanın “Napoli” klublarında oynayıb. O, Xarkov komandasında 85 matçda 19 qol vurub, 2011-2012-ci il mövsümündə Ukrayna çempionatının bürünc, 2012-2013-cü il mövsümündə gümüş mükafatını qazanıb.