2022-ci ildə futbol üzrə dünya çempionatı Qətərdə keçiriləcək. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, FİFA-nın baş katibi Jer Valke bildirib ki, oyunlar ənənəvi olaraq, yayda keçirilməyəcək.
Buna səbəb kimi yayda Qətərdə havasının 40 dərəcədən artıq isti olması göstərilib.
Yekun qərar 2014-cü ildə futbol üzrə Braziliyada keçiriləcək dünya birinciliyindən sonra elan olunacaq.
Fransa televiziyasına müsahibəsində baş katib deyib: «Qətərdə dünya çempionatı iyun-iyulda keçirilməyəcək. Fikrimcə, oyunlar noyabrın 15 ilə yanvarın 15 arasında keçirilə bilər. Bu dövrdə ideal hava şəraiti olur».
Ötən ilin oktyabrında FİFA-nın İcraiyyə Komitəsi məsələnin həlli ilə bağlı özəl komissiya yaratmışdı.