Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı payızın sonları – qışın əvvəllərində baş tutacaq. Lent.az-ın məlumatına görə, bu barədə FİFA-nın baş katibi Jerom Valke açıqlama verib.
O bildirib ki, çempionatın adi vaxtlarda, yəni iyun – iyul aylarında baş tutmayacağı dəqiqləşib. Əvəzində mundialın 15 noyabr – 15 yanvar aralığında təşkil edilmə ehtimalı böyükdür. Valkenin fikrincə, həmin ərəfədə hava şəraiti Qətərdə futbol oynamaq üçün daha münasib olur. Çünki bu zaman ərəb ölkəsində temperatur 25 dərəcəyə yaxın olur.