Yanvarın 14-də “Real” İspaniya Superkubokunun finalında “Barselona”ya 4:1 hesabı ilə qalib gəlib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, beləliklə, Kataloniya klubunun baş məşqçisi Xavi iki oyunda ən azı dörd qol buraxdığı səkkizinci "Barselona" mütəxəssisi olub.
İlk oyun aprelin 5-də İspaniya kuboku çərçivəsində baş tutub. Həmin görüşdə “Barselona” “Real”a uduzub (0:4).
Oxşar statistikaya malik olan sonuncu məşqçi Frank Raykard (2005-ci ilin aprelində 2:4 və 2008-ci ilin mayında 1:4) olub.
Xavi 2021-ci ilin noyabrından "Barselona"ya rəhbərlik edir. 43 yaşlı mütəxəssisin rəhbərliyi altında kataloniyalılar İspaniya çempionatının (2022/2023 mövsümü) və İspaniya Superkubokunun (2022/2023 mövsümü) qalibi olub. Xavinin klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
19 turdan sonra "Barselona" La Liqada 41 xalla üçüncüdür. Çempionata “Jirona” başçılıq edir (49 xal).