“Barselona”nın baş məşqçisi Xavi Kral Kubokunun 1/4 finalında “Atletik”ə məğlubiyyətdən (2:4) sonra klubdakı gələcəyindən danışıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, baş məşqçi mövsümün sonunadək dəyişiklik olmasa getməli olacağını deyib:
“Mövsümün sonuna qədər rəqabətli səviyyədə olmasaq, mən getməli olacam. Harada olacağımı bilirəm. Burada, Barselonada titullar qazanmaq lazımdır, əks halda təhlükə altında olacaqsınız. Əminəm ki, klub böyük potensiala malikdir və ən yaxşı gənc oyunçuları əhatə edir”.
Xatırladaq ki, “Barselona” İspaniya çempionatında 44 xalla üçüncü pillədə qərarlaşıb. “Barselona” Çempionlar Liqasının 1/8 finalında “Napoli” ilə qarşılaşacaq.
Xavi 2021-ci ildən “Barselona”ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.