20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan yığması Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında üçüncü matçına çıxıb.
Lent.az xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv yarışın təşkil olunduğu Litvanın Şaulyay şəhərində Ukrayna ilə qarşılaşıb. Görüş millinin 0:3 (12:25, 6:25, 10:25) hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Estoniya və Latviyaya da “quru hesab”la uduzublar.