“Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş hücumçusu Ueyn Runi karyerasını başa vurub.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 35 yaşlı ingiltərəli “Derbi Kaunti”nin baş məşqçisi təyin olunub. Buna qədər həmin postda müvəqqəti idi.
Runinin klubla müqaviləsi 2,5 il nəzərdə tutulub. Onun qərargahında Liam Rosenyor , Şey Qiven və Castin Uoker də olacaq. Beləliklə, “qırmızı şeytanlar”ın keçmiş forvardı bir daha meydana futbolçu kimi çıxmayacaq.