UEFA "Roma"nı 5 milyon avro məbləğində cərimələyib.
Lent.az "Footbal İtalia"ya istinadən xəbər verir ki, buna paytaxt təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozması səbəb olub.
Paytaxt klubuna avrokuboklardan kənarlaşdırma və 50 milyon avroyadək cərimə oluna biləcəyi haqda xəbərdarlıq da edilib.
Qeyd edək ki, "Roma" başa çatan mövsüm A seriyasını 63 xalla 6-cı pillədə başa vurub. Joze Mourinyonun komandası həmçinin, Avropa Liqasının finalında oynayıb. "Canavarlar" həlledici matçda "Sevilya"ya 1:2 hesabı ilə uduzub.