UEFA Millətlər Liqasının finalçıları məlum oldu
16 iyun 2023 04:24 (UTC +04:00)

UEFA Millətlər Liqasının finalçıları məlum oldu

Futbol üzrə UEFA Millətlər Liqasının "Dördlər finalı"nda növbəti finalçı bəlli olub.

Lent.az xəbər verir ki, yarımfinal mərhələsinin digər oyununda İspaniya və İtaliya yığmaları qarşılaşıblar.

Niderlandın Ensxede şəhərindəki "Tvente stadionu"nda keçirilən görüş İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə etdiyi matçda İspaniya millisinin heyətində Yeremi Pino və Xoselu, rəqib komandadan isə Çiro İmmobile fərqləniblər.

Beləliklə, turnirin finalında İspaniya millisi Xorvatiya, üçüncü yer uğrunda görüşdə isə İtaliya seçməsi Niderland ilə qarşılaşacaq. Hər iki oyun iyunun 18-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3525
avatar

Oxşar yazılar