“Lex” və Polşa millisinin müdafiəçisi Bartoş Salamon antidopinq qaydalarını pozduğuna görə UEFA tərəfindən 8 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Lent.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
32 yaşlı Salamonun mart ayında qəbul etdiyi qadağan olunmuş sidikqovucu xlortalidonun müayinəsi müsbət nəticə verib. O, bu analizi Konfrans Liqasında İsveç “Djurgardens”i ilə oyundan (3:0) sonra verib.
Salamonun aprelin 13-də başlayan diskvalifikasiyası dekabrın 13-də başa çatacaq.
Salamon Polşa millisində 11 oyun keçirib.