Türkiyəyə  transfer olmaq   istəmədi
24 may 2023 15:38 (UTC +04:00)

Türkiyəyə transfer olmaq istəmədi

“Qalatasaray”ın gündəmində olan “Lecce” klubunun ön liberosu Morten Hjulmandın Türkiyəyə transfer olunmaq istəmədiyi bildirilib.

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, Superliqada çempionluq üçün günləri sayan "Qalatasaray" transferdə gözlənilməz cavab alıb.

İtaliya mətbuatında yer alan xəbərə görə; “Lecce”də çıxış edən Morten Hjulmandla bir çox Avropa komandaları maraqlanır.

Bu komandalardan birinin “Qalatasaray” olduğu bildirilib və sarı-qırmızılıların israrına baxmayaraq, futbolçunun Türkiyəyə gəlmək niyyətində olmadığı bildirilib.

23 yaşlı yarımmüdafiəçi ilə Dortmund “Borrusiya”sı, “Vest Hem”, “Nyukasl”, “Brayton”, “Tottenhem”, “Everton”, “Atletiko” (Madrid), “Sevilya”, “Xetafe”, “Valensiya” və “Vilyarreal” klublarının maraqlandığı bildirilir.

A Seriyasında çıxış edən "Leççe"də 33 oyun keçirən danimarkalı futbolçu 4 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1671
avatar

Oxşar yazılar